Tramp rəsmi məktubda Şri-Lanka prezidentinin adını - SƏHV YAZDI

Tramp rəsmi məktubda Şri-Lanka prezidentinin adını - SƏHV YAZDI Gündəm

ABŞ prezidenti Donald Tramp rəsmi məktubda Şri-Lanka prezidenti Anura Kumara Dissanayakenin adını səhv yazıb.

News24.az xəbər verir ki, Şri-Lankanın “Daily Mirror” qəzetinə verdiyi məlumata görə, bu barədə Trampın sosial şəbəkədəki səhifəsində yazı yerləşdirilib. Amerika lideri 9 iyul tarixli məktubunda öz yazısında və Ağ Evin rəsmi blankında Anurun əvəzinə “Aruna” yazıb.

Səhv olan mətn sonradan silinib və siyasətçinin sosial media səhifəsində yenisi dərc olunub.

Aqil