Trampın Ronaldo ilə bu videosu rezonans yaratdı - Video
Gündəm
ABŞ Prezidenti Donald Tramp futbolçu Kriştianu Ronaldo ilə bağlı sosial şəbəkədə diqqətçəkən paylaşım edib.
News24.az-ın məlumatına görə, Tramp ofis şəraitində Ronaldo ilə top oynadığı görüntülərin əslində süni intellektlə hazırlanmış video olduğunu açıqlayıb və portuqaliyalı ulduza heyranlığını ifadə edib.
Ötən gün Ronaldo Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla birlikdə Ağ Evdə keçirilən rəsmi yeməkdə iştirak edib. Görüşdən sonra Tramp Ronaldoya “Oval Ofisin açarı”nı verdiyini bildirib və onu çox ağıllı və xarizmatik şəxsiyyət kimi xarakterizə edib.
Tramp çıxışında Səudiyyə Ərəbistanı ilə münasibətlərin vacibliyini xüsusi vurğulayıb və Ronaldoya “Oğlum sənin böyük azarkeşindir” sözləri ilə müraciət edib.