"Trampın sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var" - Prezident
Gündəm
ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var.
News24.az xəbər verir ki, Prezident bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edərkən bildirib.
Prezident İlham Əliyev Donald Trampla şəxsi münasibətlərinin də yüksək səviyyədə olduğunu deyib.
İlham Əliyev Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq, iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bunun iki ölkə, eyni zamanda, region üçün çox önəmli olduğunu deyib.