Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan hərbçilərdən daha birinin nəşi tapıldı - Yeniləndi
Gündəm
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin həlak olan 20 hərbçisindən 18-nin nəşi tapılıb.
News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirliyi məlumat verib.
Bildirilib ki, digər 2 hərbçinin nəşinin axtarılması yönünüdə işlər davam etdirilir.
Xatırladaq ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsinin bütün üzvləri həlak olub. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və ilk dəfə yerli sakinlər tərəfindən aşkar edilib. Bundan başqa Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.
13:19
Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsində həlak olan 20 hərbçidən 19-nun nəşi tapılıb.
News24.az xəbər verir ki, bu barədə "Ahaber" məlumat yayıb.(APA)