"Şuşa gözümün qarşısında dirçəldi" - Polad Bülbüloğlu

"Şuşa gözümün qarşısında dirçəldi" - Polad Bülbüloğlu Gündəm

Şuşa gözümün qabağında dirçəldi. Çox sevindirici haldır, hər dəfə ora gedəndə yeni tikililər, yeni evlər görürük".

News24.az xəbər verir ki, bu sözləri millət vəkili, Xalq artisti Polad Bülbüloğlu jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Qarabağda sürətlə gedən şəhərsalma-bərpa işlərinin çox yüksək qiymətləndirir: "6 il tarix üçün çox böyük məsafə deyil, amma bu müddətdə həmin ərazilərdə olduqca böyük işlər görülüb. Yeni yollar, yeni binalar tikilir. Oradakı yüksək inkişafı gördükcə, insanın ürəyi açılır. Mən Şuşanın azad olunmasının dərdini çəkirdim ki, düşünürdüm, görəsən, o görəcəyəm, ya yox. Amma bilirdim, inanırdım, torpaqlarımız azad olunacaq. Şükür ki, biz də bu günü, onun canlanmasını, yenidən çiçəklənməsini gördük".

Polad Bülbüloğlu bildirib ki, WUF 13-ün Bakıda keçirilməsi olduqca böyük hadisədir: "Bu forum Azərbaycan, Bakı üçün böyük təbliğatdır".