Şuşada yeni tədris ocaqları istifadəyə veriləcək
Gündəm
"İkinci rübdən etibarən artıq keçmiş məcburi köçkünlərin və Xocalı sakinlərinin öz doğma şəhərlərinə qayıdışına başlanılacaq. Gözləntilərə görə, həmin yaşayış məntəqələrinə üç mindən çox insan köçəcək".
News24.az xəbər verir ki, bu sözləri Şuşa üzrə Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Şuşa şəhərində də yeni layihələrin icrasına start veriləcək: "Şəhərin əhalisinin artması nəzərə alınaraq burada yeni infrastrukturun yaradılmasına ehtiyac duyulur.
Şuşada yaxın zamanda mühüm tədris ocaqları da istifadəyə veriləcək və fəaliyyətə başlayacaq.
Bundan başqa, Qarabağ Universitetinin incəsənət və turizm fakültələrinin Şuşaya köçürülməsi planlaşdırılır. Bu isə şəhərdə 1500-ə yaxın tələbənin daimi məskunlaşması və yaşaması deməkdir".