Ukraynanın sabiq prezidenti Bakıya gəldi
Gündəm
Ukraynanın sabiq prezidenti Viktor Yuşenko Bakıya gəlib.
News24.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Ukraynanın üçüncü prezidenti Viktor Yuşenkonu Bakıda qarşılamaqdan şərəf duyuram!” – deyə o, paylaşımında bildirib.
Qeyd edək ki, Viktor Yuşenko 2005-2010-cu illərdə Ukraynaya rəhbərlik edib.