"Ürəkləri titrədir son zəngin kövrək səsi..." - FOTO+VİDEO

"Ürəkləri titrədir son zəngin kövrək səsi..." - FOTO+VİDEO Gündəm

Bu gün Binəqədi rayonundakı 143 nömrəli tam orta məktəbdə 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbiri keçirilib.

News24.az xəbər verir ki, tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və məzunlar iştirak ediblər.

Tədbir dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra çıxış edənlər məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

Tədbirin rəsmi hissəsində təhsil və ictimai fəaliyyətində fərqlənən şagirdlər mükafatlandırılıblar.

Ardınca məzunların hazırladığı bədii proqram təqdim olunub. Məktəblilər müxtəlif musiqi və rəqs nömrələri ilə çıxış edərək məktəb illərinə vida ediblər.

Tədbir ənənəvi “Son zəng”in səsləndirilməsi ilə yekunlaşıb.