Uşaq üçün hazırlanan verilişlərə uşaqlar baxmırlar, - çünki...

Uşaq üçün hazırlanan verilişlərə uşaqlar baxmırlar, - çünki... Gündəm

"Bəzən uşaq üçün hazırlanan verilişlərə uşaqlar baxmırlar. Çünki yaş həddinə, dünya görüşünə görə ya çox primitivdir, ya da heç aidiyyatı yoxdur".

News24.az xəbər verir ki, bu sözləri "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı, əməkdar jurnalist Etibar Babayev deyib.

"Bu veriliş hazırlayan ilk növbədə psixoloq olmalıdır. Bu gün tək "Cırtdan" nağılı ilə uşağın başını aldatmaq olmur. Bu günün öz nağılları, uşağa deyiləcək sözləri var. Bizim uşaqlıqda bilmədiyimizi, böyüyənəcən ağlımız kəsmədiyini indi uşaq elə bil dünyaya gəlməmişdən dərs alıb gəlib. Bunları nəzərə almaq lazımdır", - deyə o bildirib.

Davamı videoda:

Günel Məlikzadə