Vahid Əhmədov haqqında yayılan iddialara aydınlıq GƏTİRDİ

Vahid Əhmədov haqqında yayılan iddialara aydınlıq GƏTİRDİ Gündəm

"Hazırda xaricdəyəm, səhhətim də yaxşıdır".

Bu sözləri News24.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Vahid Əhmədov deyib. O, son günlər bəzi media resurslarında səhhəti ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

"Sağlamlığımla bağlı müxtəlif xəbərlər yayılıb. Lakin həmin məlumatlar həqiqətə uyğun deyil. Şükürlər olsun, özümü yaxşı hiss edirəm, səhhətimdə hər hansı ciddi problem yoxdur. Hazırda xarici ölkələrdən birindəyəm. Buraya müəyyən şəxsi və işgüzar məsələlərlə əlaqədar gəlmişəm. İşlərimi yekunlaşdırdıqdan sonra yaxın günlərdə Azərbaycana qayıdacağam.

Mənimlə maraqlanan, narahatlığını ifadə edən hər kəsə təşəkkür edirəm. Bir daha qeyd etmək istəyirəm ki, vəziyyətim normaldır və narahatlıq üçün hər hansı əsas yoxdur", - deyə V. Əhmədov vurğulayıb.