Vəfat edən həkim generalın qardaşı imiş - FOTO

Vəfat edən həkim generalın qardaşı imiş - FOTO Gündəm

Bakıda sərnişin marşrut avtobusunda vəfat edib.

News24.az xəbər verir ki, hadisə Yasamal rayonu Hüseyn Cavid prospektində qeydə alınıb.

53 saylı xətt avtobusunda Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Məhyəddin Məhəmməd oğlu Aydəmirov qəfil vəfat edib.

Dərhal təcili tibbi yardım çağırılsa da, onun öldüyü müəyyən edilib.

İlkin məlumata görə, M.Aydəmirov infarktdan həyatını itirib.

Qeyd edək ki, vəfat edən şəxs cərrah olub. O, uzun illər Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı kimi işləyib.

Araşdırma aparılır.

M.Aydəmirov ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirovun qardaşıdır.(unikal)