Vüqar Əyyubova vəzifə verildi

Vüqar Əyyubova vəzifə verildi Gündəm

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində yeni təyinat olub.

News24.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Vüqar Ramiz oğlu Əyyubov adıçəkilən kollecin tədris işləri üzrə direktor müavini təyin edilib. Həmin vəzifə uzun müddətdir boş idi.

Qeyd edək ki, V.Əyyubov 2001–2005-ci illərdə Azərbaycan Dillər Universitetində filologiya (İngilis dili) ixtisası üzrə bakalavr, 2005–2007-ci illərdə isə dilşünaslıq ixtisası üzrə magistr təhsili alıb.

O, əmək fəaliyyətinə 2010-cu ildə Qazax Dövlət Sosial-İqtisadi Kollecində müəllim kimi başlayıb, 2017-ci ildə şöbə müdiri, 2019-cu ildən isə tədris işləri üzrə direktor müavini olub.//ölkə.az