Vüqar Zeynalov hadisə yerinə GƏLDİ - FOTO
Gündəm
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Bakıda yanğın baş verən əraziyə gəlib.
News24.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, icra başçısı əraziyə baxış keçirib, yanğın nəticəsində zərər çəkən vətəndaşlarla görüşüb.
Vüqar Zeynalov sakinlərin vəziyyəti ilə maraqlanıb, onların problemlərini dinləyib və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub.