Vurulan gəmidə sağ qalan azərbaycanlı danışdı – VİDEO
Gündəm
“Gəminin kapitanı Rəcəb Əhədov və üçüncü kapitan Məhəmməd Əliyev növbə dəyişikliyi edərkən pilotsuz uçuş aparatı (PUA) ilə ilk zərbə endirilib”.
News24.az İTV-yə istinadla xəbər verir ki, bu barədə dron hücumu edilən gəmidən sağ çıxan azərbaycanlı danışıb.
“Gəmimiz hücuma məruz qaldı. Dron vasitəsilə ilk zərbə gəminin kapitanı Rəcəb Əhədov və üçüncü kapitan Məhəmməd Əliyev növbə dəyişərkən vuruldu. Biz nə qədər kömək etməyə çalışsaq da, buna nail ola bilmədik”, – deyə o bildirib.
Daha ətraflı videoda: