"WhatsApp"da 3,5 milyard nömrə təhlükədə - Səbəb hər kəsi qəzəbləndirdi
Gündəm
Dünyanın ən böyük mesajlaşma platformalarından biri olan “WhatsApp”da aşkar olunan təhlükəsizlik boşluğu qlobal miqyasda təxminən 3,5 milyard istifadəçinin telefon nömrəsinin əldə olunmasına imkan yaradıb.
News24.az xəbər verir ki, ən çox tənqid edilən məqam bu zəifliyin Meta şirkətinə hələ 2017-ci ildə bildirilməsinə baxmayaraq, 8 il ərzində aradan qaldırılmamasıdır.
Təhlükəsizlik mütəxəssisləri bildiriblər ki, boşluq cəmi yarım saat içində milyonlarla nömrənin toplanmasına şərait yaradacaq qədər “sadə” üsulla istismar oluna bilər. Onların sözlərinə görə, bu metod geniş şəkildə sui‑istifadə edilsəydi, tarixdə ən böyük məlumat sızmalarından biri baş verə bilərdi.