WUF13 forumuna beynəlxalq maraq: 175 ölkədən 21 minə yaxın iştirakçı
Gündəm
WUF13 forumuna 175 ölkədən təxminən 21 min nəfər qeydiyyatdan keçib.
News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən keçirilən növbəti məlumatlandırma sessiyasında WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş meneceri Eldar Rəsulov deyib.
O bildirib ki, ümumilikdə 800-ə yaxın media qurumu qeydiyyatdan keçib:
“Qeydiyyatdan keçənlərin 70 faizi yerli, 30 faizi isə xarici mediaya aiddir”, – deyə o qeyd edib.