WUF13-ün bağlanış mərasimi keçirilir - CANLI
Gündəm
Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13 sessiyasının (WUF13) rəsmi bağlanış mərasimi keçirilir.
News24.az xəbər verir ki, mərasimdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 Milli Koordinatoru Anar Quliyev, BMT Baş katibinin müavini xanım Amina Muhammed, həmçinin digər rəsmi şəxslər iştirak edirlər.
Xatırladaq ki, mayın 17-də öz işinə başlayan tədbirin rəsmi açılış mərasimi mayın 18-də keçirilib.