Xalq artisti Maqsud Məmmədov dəfn olundu - Foto
Gündəm
Görkəmli baletmeyster Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub.
News24.az xəbər verir ki, mərhumla əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçirilib.
Mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xasimlər və baletmeysterin sənət dostları iştirak edib.
Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndərib.
Vida mərasiminin ardınca cənazə İkinci fəxri xiyabana aparılaraq torpağa tapşırılıb.
Qeyd edək ki, M.Məmmədov aprelin 13-ü 97 yaşında vəfat edib. report/az