Xalq şairi yeni əsərlərinin nəşrini planlaşdırır
Gündəm
80 yaşını qeyd edən Xalq şairi Sabir Rüstəmxanlı yeni kitabları üzərində işləyir.
News24.az xəbər verir ki, bu barədə şair özü məlumat verib. O bildirib ki, yaxın günlərdə “Azərbaycan adından” adlı kitabı çapdan çıxacaq.
"Həmin kitab bu gün, ya sabah çapdan çıxacaq".
Xalq şairi qeyd edib ki, son illərdə yazdığı şeirləri də ayrıca toplu şəklində nəşr etdirməyi planlaşdırır:
"Bundan başqa 15 cildlik şeirlər kitabım çap olunduqdan sonra ondan sonra yazdığım şeirlərimi yığıb bir yerə ayrı bir kitab buraxmağı planlaşdırıram”.
Sabir Rüstəmxanlı bildirib ki, başqa əsərləri də var və gələcəkdə onların da oxuculara təqdim olunması nəzərdə tutulur. (Modern.az)