Xanəndə Pərviz Qasımov dünya çempionu oldu
Gündəm
Azərbaycanın tanınmış muğam ifaçısı, eyni zamanda peşəkar bodibildinq idmançısı Pərviz Qasımov Portuqaliyada keçirilən bodibildinq üzrə Dünya Çempionatında ən yüksək nəticəyə imza atıb.
News24.az xəbər verir ki, Pərviz Qasımov yarışın mütləq qalibi adına layiq görülərək dünya çempionu olub.
O, həmçinin dünyanın ən ağır çəki dərəcəsində peşəkar idmançı statusunu təsdiqləyən Pro Card əldə edib.
Qasımov bildirib ki, bu uğurun Azərbaycanın Portuqaliyada yeni səfirliyinin açıldığı günlərə təsadüf etməsi onun üçün xüsusi əhəmiyyət daşıyır.
"Yaşasın Azərbaycan, yaşasın Azərbaycan idmanı! Cənab Prezidentə biz idmançılara göstərdiyi daimi diqqət və qayğıya görə təşəkkür edirəm. O, hər zaman bizə dəstəyini və səmimiyyətini əsirgəməyib", - deyə dünya çempionu vurğulayıb.
Qeyd edək ki, Pərviz Qasımov Televiziya Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Müsabiqəsinin qaliblərindəndir.//musavat.com