Xaricdən məhsul sifariş edənlərə XƏBƏRDARLIQ: 1 iyundan....
Gündəm
Dövlət Gömrük Komitəsi “smart customs” saytından və mobil tətbiqindən istifadə edən vətəndaşlara müraciət edib.
News24.az xəbər verir ki, xəbərdarlıqda bildirilir ki, iyunun 1-dən etibarən elektron ticarət bəyannamələrinin identifikasiya nömrəsi ilə etmək mümkün olmayacaq.
“2026-cı il 1 iyun tarixindən identifikasiya nömrəsi (FİN və parol) ilə “SmartCustoms” və “e.customs.gov.az” sistemlərinə daxil olduqda “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə mümkün olmayacaq. Bu xidmətdən “Asanİmza”, “SİMA” və ya “MYGOV / QR” vasitəsilə istifadə etmək mümkün olacaq. Qeyd olunan tarixdən sonra malların bəyan edilməsi üçün “Asanİmza” və ya “SİMA” elektron imzasını əvvəlcədən əldə etməyiniz tövsiyə olunur”, - deyə məlumatda bildirilir.(olkeaz)
