Xəzər dənizi ilə bağlı xəbərdarlıq

Xəzər dənizi ilə bağlı xəbərdarlıq Gündəm

Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun alimləri Xəzər sahəsinin 1996-cı ildən bəri 7,4 faiz azaldığını aşkar ediblər.

News24.az xəbər verir ki, alimlər bu barədə "RİA Novosti" müxbirlərinə məlumat veriblər.

Onların sözlərinə görə, Xəzər dənizinin su səthinin sahəsi 1996-2025-ci illər arasında 28.644 kvadrat metr kiçilib. Bu dayazlaşma səthi Albaniya Respublikası ilə müqayisə edilə bilsə də, dəniz səviyyəsinin enmə sürətinə nisbətən olduqca azdır.

Okeanologiya İnstitutunun məlumatına görə, Xəzər dənizinin səviyyəsi 1995-ci ildən bəri ildə təxminən 10 santimetr azalır. Bu, Volqa-Xəzər Gəmiçilik Kanalının və Xəzər limanlarının dayazlaşması da daxil olmaqla bir sıra problemlər yaradıb ki, bu da gəmilərin hərəkətini çətinləşdirir. Bundan əlavə, sahil xətti yaşayış məntəqələrindən geri çəkilir.