Xəzər Universitetində bıçaqlanan tələbənin - SON VƏZİYYƏTİ
Gündəm
Ötən gün Xəzər Universitetində bıçaqlanan Məhəmməd Vəlizadənin son vəziyyəti açıqlanıb.
Bu barədə News24.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumata görə, hazırda pasiyentin müalicəsi davam etdirilir.
"Bel nahiyəsinin deşilmiş yarası, sol bazunun kəsilmiş yarası diaqnozları ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan şəxsə tibbi yardım göstərilib. Hazırda pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağır stabildir".