XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət etdi
Gündəm
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.
Bu barədə News24.az-a XİN-dən məlumat verilib.
Bildirilib ki, abidənin önünə gül dəstələri qoyulub, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub.