“Yağışa görə biletlərinizi satmayın” - "Qarabağ" azarkeşlərinə çağırış
Gündəm
“Qarabağ” – “Ayaks” oyunundan öncə Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texnologiya üzrə bloqçu Fərid Pərdəşünas "Qarabağ" azarkeşlərinə çağırış edib.
News24.az xəbər verir ki, o, yağışlı hava şəraitinə görə biletlərin satılmamasını və komandanın dəstəklənməsini istəyib.
Fərid Pərdəşünas bildirib ki, “Ayaks” azarkeşləri Hollandiyadan Bakıya qədər yol gəliblər və bu baxımdan “Qarabağ” azarkeşləri də istənilən hava şəraitində komandaya sahib çıxmalıdırlar:
“Yağış yağır deyə biletlərinizi satmayın. Komandanı dəstəkləməyə gəlin. "Ayaks" azarkeşləri Hollandiyadan durub Bakıya gəliblər. Bu axşam istənilən hesabda, istənilən hava şəraitində sona qədər klubun yanında olaq”, – deyə o paylaşımında qeyd edib.
Nilufər