Yararsız tikinti məktəbin inşasına mane olur – VİDEO
Gündəm
Bakıda yaşayışa yararsız tikili məktəb binasının inşasına çətinlik yaradır.
News24.az-ın xəbərinə görə, tikinti şirkətinin rəsmisi Orxan Mamedov Real TV-yə açıqlamasında bildirib ki, mövcud ərazi tam şəkildə şirkətə məxsusdur:
“Bununla bağlı bütün sənəd və çıxarışlar mövcuddur. Müəyyən bir zaman ərzində gecəqondu tipli tikililər tikiblər və ərazidə məskunlaşıblar. Heç bir sənədlərinin olmamasına baxmayaraq, yaşayış məntəqəsi kimi zəbt ediblər. Ancaq içəriyə daxil olsanız, görəcəksiniz ki, orada yaşayış üçün heç bir şərait də yoxdur”.
O. Mamedov deyib ki, şirkətin ərazisi olmasına baxmayaraq, sakinə hətta kompensasiya da təklif olunub:
“Təəssüflər olsun ki, vətəndaş dəyərindən 100 dəfə artıq şişirdilmiş məbləğ istəyib. Bu isə şirkətin imkanları daxilində deyil. Onu da qeyd edim ki, məktəbin tikintisinə başlanılarkən vətəndaş təcili olaraq tikilidə tikinti işlərinə başlayıb. Bununla da görüntü yaradıb ki, əlavə tikili var və buan görə də ayrıca ödəniş alsınlar. Fikir verin, tikilidə işıq, qaz, su yoxdur. Burada yaşamaq mümkün deyil. Sadəcə görüntü yaradıblar ki, külli miqdarda kompensasiya tələb etsinlər. Biz bir şirkət olaraq bu günə qədər daha böyük ərazilərin yaşıllaşdırmasına xidmət edirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Tikinti zonasına düşən bir neçə ağac haqqında rəy gözlənilir. Tikinti layihələndirilən zaman burada ağacların olması nəzərə alınacaq. Binanın girintili və çıxıntılı olmasının səbəbi yaşıllıqlara toxunmamaqdır”.