Yaşlanma prosesini yavaşlatmağın yolu tapıldı
Gündəm
Kino, teatr, muzey və konsertlərə müntəzəm səfərlər fizioloji qocalmanı yavaşladır.
News24.az xəbər verir ki, bu, təxminən iki min yaşlı insanın məlumatlarını təhlil edən yapon alimlərinin gəldiyi nəticədir.
Mütəxəssislər 50 yaşdan yuxarı 1899 ingilis respodentin məlumatlarını araşdırıblar. Onların kinoteatrlara, muzeylərə, incəsənət qalereyalarına, teatrlara, konsertlərə və operalara baş çəkmə tezliyini öyrəniblər.
Daha sonra bu məlumat onların fizioloji yaşı ilə müqayisə edilib. Bu göstərici qan təzyiqi, ağciyər funksiyası, hemoglobin və xolesterol səviyyələri, bədən kütlə indeksi və yerimə sürəti daxil olmaqla on parametr üzrə bədənin faktiki sağlamlığını əks etdirib.
Məlum olub ki, mədəni tədbirlərdə ən azı bir neçə aydan bir iştirak edən insanların orta fizioloji yaşı 66,9 ildir. Belə həyat tərzi keçirməyənlər, mədəni tədbirlərdə nadir hallarda iştirak edənlər üçün bu rəqəm 69,9 yaşa çatıb - təxminən üç il fərq olub.