Yaxın günlərdə toyu olacaqmış...

Yaxın günlərdə toyu olacaqmış... Gündəm

Dünən “Şəki yaylası”nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə həlak olan 31 yaşlı Coşqun Məmmədov Vətən müharibəsi iştirakçısı imiş.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, “zipline” xəttində baş vermiş hadisədə həyatını itirən gəncin yaxınları sosial şəbəkədə onun nişanlı olduğunu bildiriblər.

Məlumata görə, mühafizə şirkətində çalışan Coşqunun bu ayın sonunda toyu olacaqmış.

Qeyd edək ki, dəhşətli hadisədə həlak olan digər gənc – Ucal Bayramovun ötən ilin 7 sentyabr tarixində ailə həyatı qurduğu, dünən “Şəki yaylası”na evliliyinin 1-ci ildönümünü qeyd etmək üçün getdiyi bildirilib.