Yeni il süfrəsinin sirri: Hər yemək xoşbəxtlik və uğur gətirir

Yeni il süfrəsinin sirri: Hər yemək xoşbəxtlik və uğur gətirir Gündəm

Yeni ilin qarşılanması ərəfəsində evlərdə süfrələr rəngarəng yeməklərlə bəzənir. Yalnız dadlı yeməklər yox, həm də simvolik əşyalar və məhsullar süfrənin uğurlu olmasını təmin edir.

News24.az bildirir ki, bayram süfrəsinin hazırlanmasında həm ənənəvi, həm də müasir yeməklərin bir arada təqdim edilməsi vacibdir.

Ən çox hazırlanılan yeməklər sırasında sobada bişirilmiş toyuq və hinduşka, ət qovurmaları, plov, balıq və tərəvəzlər var. Salatlar arasında "paytaxt" salatı, "Sezar" və tərəvəz salatları üstünlük təşkil edir. Qəlyanaltılar, pendir, zeytun və kolbasa isə süfrəni tamamlayır. Yeni ilin şirin simvolu olan tort, şokolad və meyvələr süfrənin vazgeçilməz hissəsidir. Xüsusilə nar və üzüm bolluq və firavanlıq rəmzi sayılır.

Süfrənin rəngarəng və müxtəlif olması yalnız gözəllik yaratmır, həm də evdəki xoş əhval-ruhiyyəni yüksəldir. Hər bir yemək, ev sahibləri və qonaqlar üçün uğur, sevinc və sağlamlıq gətirməsi ilə diqqət çəkir.

Nilufər