Yeni nazir müavinləri kollektivə təqdim edildilər
Gündəm
Xəbər verdiyimiz kimi, Zaur Əliyev və Seymur Səfərli kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin ediliblər.
News24.az xəbər verir ki, nazir Məcnun Məmmədovun iştirakı ilə onlar kollektivə təqdim ediliblər.
Qeyd edək ki, Z.Əliyev bu təyinata qədər nazirin müşaviri, S.Səfərli isə nazirliyin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri olub. (Unikal)