Yollar buz bağlayacaq, qar yağacaq - Bu tarixdən
Gündəm
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın rayonlarında yanvarın 1-i gündüz dağlıq ərazilərdən başlayaraq 3-dək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Xidmətdən News24.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.