"Yorğun və yuxusuz halda sükan arxasına əyləşməyin" - Xəbərdarlıq

"Yorğun və yuxusuz halda sükan arxasına əyləşməyin" - Xəbərdarlıq  Gündəm

Bayram günlərində yollarda təhlükəsizliyin təmin olunması istiqamətində tədbirlər davam edir.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə qeyd olunan ardıcıl istirahət günlərində ölkənin müxtəlif istiqamətlərində nəqliyyat axını və hərəkət intensivliyi artıb.

Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirilən tədbirləri davam etdirir. Sürücüləri və piyadaları diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

Sürücülərə uzun səfərlərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamaları, yorğun və yuxusuz halda sükan arxasına əyləşməmələri tövsiyə olunur.

Bayram günlərində sərnişindaşıma ilə məşğul olan sürücülərdən isə reysqabağı nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq və sürət həddinə əməl etmək tələb olunur.

Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını yollarda təhlükəsizliyi birgə qorumağa çağırır.