Zaxarova Zelenskini təhqir etdi: - "KLOUN..."
Gündəm
Dünyanın diqqəti bu gün İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına yönəlib. Kreml Ukraynanın Zelenski-Putin görüşü çağırışına mənfi cavab verib. Bununla belə, Putin yüksək səviyyəli rus diplomatları və müdafiə rəsmilərindən ibarət nümayəndə heyətini təyin edib. Dünya sülhə ümid etdiyi bir vaxtda hər iki tərəfdən görüş öncəsi gərginliyi daha da artıracaq açıqlamalar verilib.
Ukrayna prezidenti Zelenski Türkiyəyə gəldikdən sonra sosial media hesabında paylaşım edərək, "İlk növbədə birbaşa danışıqlar imkanını təşkil etdiyi üçün prezident Ərdoğana təşəkkür etmək istəyirəm. Aldığımız siqnal tam olaraq bu idi. Bu gün paytaxt Ankaradayıq" bunları yazıb.
News24.az xəbər verir ki, Zelenski sözlərini belə yekunlaşdırıb:
"Rusiyanın təmsilçiliyinin səviyyəsi ilə bağlı hələ rəsmi təsdiq almamışam. Ancaq müşahidə etdiyimiz kimi, bu, teatra bənzəyir. Prezident Ərdoğanla görüşdən sonra növbəti addımlarımıza qərar verəcəyik. Mühüm müzakirə və çox mühüm qərarlar üçün bir neçə saatımız olacaq. Rusiya nümayəndə heyətinin hansı səviyyədə olduğunu anlamaq çox vacibdir. Rusiyada qərarlar verir”.
Eyni zmaanda, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Zelenskinin Rusiya nümayəndə heyətini "teatr" kimi xarakterizə etməsindən sonra "Aldatmaca sözünü kim deyir? Kloun? Uduzan? Heç bir təhsili olmayan biri..." deyib.
Digər tərəfdən, Lavrov sülh danışıqlarında iştirak edən Rusiya nümayəndə heyətini tənqid edən Zelenskini “Kasıb adam” adlandırıb.
Günel Məlikzadə