"Zəvvarlar artıq həcc ziyarətini tamamlayıb"
Gündəm
Həccdə olan zəvvarlar ziyarəti tamamlayıb.
News24.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, zəvvarlar artıq Mina, Ərafəti ziyarət edib, həcc adını alıblar:
"Bu gün orada qurbanlar kəsiləcək. Hər il olduğu kimi bu il də müqəddəs torpaqlarda ümummilli lider Heydər Əliyev və şəhidlərin adına qurbanlar kəsiləcək".
Allahşükür Paşazadə həmçinin bildirib ki, bu il zəvvarların səhhətində ciddi problem olmayıb:
"Hər il zəvvarlarımız arasında ziyarətçilərin səhhət problemləri yaranırdı. Bu dəfə isə ciddi narahatlıq yaşanmadı, yalnız xırda sağlamlıq problemləri oldu". (APA)