“07”də xəsarət alan sürücü öldü

“07”də xəsarət alan sürücü öldü Hadisə

Ağdaşda qəzada xəsarət alan gəncin həyatını xilas etmək mümkün olmayıb.

News24.az xəbər verir ki, hadisə oktyabrın 12-də Ağdaş rayonunun Yenikənd kəndi ərazisində baş verib.

“Mercedes” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “07”nin sürücüsü, 23 yaşlı Sərvan Hüseynov ağır xəsarət alıb. Sürücü aldığı xəsarətlərdən bu gün xəstəxanada ölüb. (Qafqazinfo)