I kurs tələbəsi qəfil vəfat etdi - VİDEO

I kurs tələbəsi qəfil vəfat etdi - VİDEO Hadisə

Azərbaycan Dillər Universitetinin tələbəsi vəfat edib.

News24.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Bildirilib ki, ali təhsil müəssisəsinin Filologiya fakültəsinin I kurs tələbəsi Hacıyeva Nərgiz İgid qızı faciəvi şəkildə həyatını itirib.

"Dərin hüznlə bildiririk ki, Filologiya fakültəsinin I kurs tələbəsi Hacıyeva Nərgiz İgid qızının vaxtsız və faciəvi şəkildə həyatını itirməsi fakültə kollektivini sarsıtmışdır.

Bu ağır itki ilə əlaqədar Filologiya fakültəsinin dekanı, dosent Aynur Budaqova, fakültənin dekan müavinləri, tyutorları, professor-müəllim heyəti və tələbələri mərhum tələbənin ailəsinə, yaxınlarına və tələbə yoldaşlarına dərin hüznlə başsağlığı verir, onlara səbir və dözüm arzulayırlar.

Əziz tələbəmizin xatirəsi hər zaman ehtiramla anılacaqdır", - məlumatda bildirilib.