1 yaşlı uşağın üstünə qaynar su töküldü

1 yaşlı uşağın üstünə qaynar su töküldü Hadisə
Bərdədə 1 yaşlı körpə qaynar sudan yanıb.
News24.az xəbər verir ki, hadisə rayonun Tumaslı kəndində qeydə alınıb.
Tumaslı kənd sakini, 2018-ci il təvəllüdlü Hacıyev Mehman Salman oğlunun üstünə yaşadığı evdə ehtiyatsızlıqdan qaynar su tökülüb. Körpə yanıq xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı rayon polis şöbəsində araşdırmalar aparılır.