10 azərbaycanlının olduğu gəmi vuruldu - VİDEO
Hadisə
Türkiyə şirkətinin idarəçiliyində olan “Volqo-Balt 226” gəmisi Qara dənizdə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
News24.az xəbər verir ki, bu barədə “Maritime Voice” «X» məlumat yayıb.
Hücum nəticəsində ekipaj üzvlərindən heç biri xəsarət almayıb. Portalın məlumatına görə, quru yük gəmisinin kapitan körpüsü və kayutaları zədələnib.
Qeyd olunub ki, ekipaj üzvləri arasında 10 Azərbaycan və 1 Gürcüstan vətəndaşı var.
Gəmi zədələnməsinə baxmayaraq, Türkiyənin Trabzon limanına doğru hərəkətini davam etdirir.