11 yaşlı qızı "tok" vurub öldürdü
Hadisə
Cəlilabad rayonunda 11 yaşlı qızı elektrik cərəyanı vuraraq öldürüb.
News24.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib.
Kənd sakini, 2013-cü il təvəllüdlü Zəhra Niftiyevanı elektrik cərəyanı vurub. O, hadisə nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.