Bıçaq yarası alan 12 yaşlı qız xəstəxanada öldü - YENİLƏNDİ

Bıçaq yarası alan 12 yaşlı qız xəstəxanada öldü - YENİLƏNDİ Hadisə

24.07.2026-cı il tarixində saat 21:00 radələrində 2014-cü il təvəllüdlü azyaşlı (qadın cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə gətirilib.

Bu barədə News24.az-a TƏBİB-dən bildirilib.


***

10:30



Şəmkirdə bıçaqlanmış 12 yaşlı qız Rayon Mərkəzi Xəstəxanasında ölüb.

News24.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

2014-cü il təvəllüdlü Mahmudlu kənd sakini Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, qızın valideynləri onun iyunun 24-də itkin düşməsi ilə bağlı polisə müraciət edib. Lakin bundan bir qədər sonra yeniyetmə öz həyətyanı sahələrindən yaralanmış şəkildə tapılıb.

Hazırda hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır