13 yaşlı uşaq bayram günlərində - Barmağını itirdi...

13 yaşlı uşaq bayram günlərində - Barmağını itirdi... Hadisə

Göygöl rayonunda bədbəxt hadisə baş verib.  

News24.az xəbər verir ki, hadisə martın 22-si saat 22 radələrində qeydə alınıb.

Üçtəpə kəndi ərazisində Gəncə şəhər sakini 2013-cü il təvəllüdlü Sübhan Xaliq oğlu Bayramovun əlində pirotexniki vasitə partlayıb. Nəticədə onun əlləri əzilərək deşilib və 1 barmağı amputasiya olunub.

Faktla bağlı araşdırmalar aparılır.  (Qafqazinfo)