14 yaşlı məktəbli faciəli şəkildə öldü

14 yaşlı məktəbli faciəli şəkildə öldü Hadisə

14 yaşlı məktəbli dəm qazından boğularaq ölüb.

News24.az xəbər verir ki, hadisə  Şamaxı rayon Qızmeydan kəndində baş verib. Belə ki, kənd sakini 2011-ci il təvəllüdlü Hümbətov Emil Eyvaz oğlu hamam otağında dəm qazından zəhərlənib. O, yaxınları tərəfinfən Şamaxı Rayon Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (Unikal)