14 yaşlı qız sirkə turşusundan zəhərləndi

14 yaşlı qız sirkə turşusundan zəhərləndi Hadisə

Goranboyda 14 yaşlı qız sirkə turşusundan zəhərlənib.

News24.az xəbər verir ki, hadisə rayonun Balakürd kəndində baş verib.

2012-ci il təvəllüdlü F. Kazımova zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma başlanılıb. (axar.az)