15 yaşlı yeniyetməni öldürən həbs olundu
Hadisə
Lipetskdə 15 yaşlı yeniyetməni vəhşicəsinə öldürən 41 yaşlı yerli sakin məhkəmə qarşısına çıxarılacaq.
News24.az yerli mətbuata istinadən xəbər verir ki, faciə 2024-cü il oktyabrın 13-də axşam saatlarında Sokol ərazisində baş verib.
Sərxoş şəxs 15 yaşlı məktəblini döş qəfəsindən vurub, həmin gənc qan itkisindən yerindəcə ölüb.
Həmin şəxs qəsdən adam öldürmədə ittiham olunur. Bu maddə üzrə cəzanın maksimum müddəti 20 ilə qədər həbsdir. Təqsirləndirilən şəxs bu gün
hakim qarşısına çıxarılacaq.
Ağa Dadaşzadə