16 yaşlı məktəbli qız qaçırıldı: - GERİ QAYITMAQ İSTƏMƏDİ
Hadisə
Gürcüstanın Bolnisi Bələdiyyəsinin Tsurtavi (Kolayır) kəndində azyaşlı qız qaçırılıb.
News24.az xəbər verir ki, 20 yaşlı oğlan 16 yaşlı qızı evlənmək məqsədi ilə qaçırıb.
Bolnisi polisi gecə boyu qalmaqal yaşayıb, ailə övladlarının geri qayıtmasını tələb etsələr də, qız qayıtmaq istəməyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 143-cü, yəni qanunsuz olaraq azadlıqdan məhrum etmə maddəsi ilə cinayət işi başlanıb.
Aynurə