16 yaşlı məktəbli "Telegram"da kanal açdı, həbs edildi
Hadisə
Rusiyanın Kuzbass bölgəsində 16 yaşlı Prokopyevsk sakini terror təşkilatının fəaliyyətində iştirak etməkdə təqsirli bilinib.
News24.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, qız 2024-cü ilin yanvarından noyabr ayına qədər açıq “Telegram” kanalı yaradaraq idarə edib.
O, kanalda Rusiyada qadağan olunmuş hərəkatla bağlı materiallar yayıb, onun ideologiyasını təbliğ edib və yayılanmasına icazə verilməyən məzmunlu görüntülər paylaşıb.
Kemerovo vilayəti üzrə Federal Təhlükəsizlik Xidmətinin topladığı materiallar əsasında yeniyetmə barəsində Rusiya Cinayət Məcəlləsinin 205.5-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb.
Məhkəmə qızı təqsirli bilib və yaşını nəzərə alaraq ona 5 il 6 ay müddətinə şərti azadlıqdan məhrumetmə cəzası verib. Sınaq müddəti iki il müəyyən edilib.