17 nəfəri ilan sancıb
Hadisə
Bu ilin iyun ayı ərzində ilansancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 17 nəfər qəbul olunub.
News24.az xəbər verir ki, mərkəzin mətbuat xidmətindən "Unikal" verilən məlumata görə, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib. İlan sancan şəxslər arasında ölüm halı qeydə alınmayıb.