Kürdə batan qız Azərbaycan çempionu imiş - YENİLƏNDİ
Hadisə
Kürdə batan 17 yaşlı qızın meyiti tapılıb.
News24.az xəbər verir ki, 2009-cu il təvəllüdlü Gəncə şəhər sakini Gülnaz Məmmədovanın meyiti sudan çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Hadisə Samux rayonunun Yenikənd ərazisində olub.
Samuxda 17 yaşlı qızın suda boğulmasının bəzi təfərrüatı məlum olub.
News24.az xəbər verir ki, suda batan 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova Kür çayına ailəsi ilə birlikdə istirahətə gedibmiş.
Qızın nənəsi Gülnaz Məmmədovanın sözlərinə görə, hadisə nəvələri suda çiməndə baş verib:
"Gözümüz baxa-baxa nəvəm suda birdən yoxa çıxdı. Oğlum, digər nəvəm dalınca getdilər, tapa bilmədilər. Keçən dəfə də gəlmişdik. Həmişə üzürdü. Gülnaz elə bilib ki, qardaşı boğulur, onun dalınca suya girmişdi".
Nənəsi onu da bildirib ki, nəvəsi idmançı idi, bir neçə yarışın qalibi olub.
O, Gülnazın bu il 11-ci sinfi bitirdiyini də deyib.
Qeyd edək ki, Samux təmsilçisi Gülnaz Məmmədova kikboksinq idman növü ilə məşğul olub.
Sonuncu dəfə Gəncədə keçirilən kikboksinq üzrə XXX Azərbaycan birinciliyində qızıl medal qazanıb./APA/