19 yaşlı oğlanın meyiti tapıldı - “Tok” vurub öldürübmüş
Hadisə
Bakıda mənzildən 19 yaşlı oğlanın meyiti tapılıb.
News24.az xəbər verir ki, hadisə dünən saat 20 radələrində Nizami rayonu Özbəkistan küçəsində baş verib.
2007-ci il təvəllüdlü Elnur Elşən oğlu Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti mənzildə aşkar edilib. Onun elektrik cərəyanı vurması nəticəsində ölməsi məlum olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)