Xırdalanda qumbara partladı, 19 yaşlı qız həlak oldu

Xırdalanda qumbara partladı, 19 yaşlı qız həlak oldu Hadisə

Xırdalanda fərdi yaşayış evində əl qumbarasının partlayışı nəticəsində 19 yaşlı qız həlak olub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, hadisə sentyabrın 14-də baş verib. Partlayış nəticəsində 2007-ci il təvəllüdlü Xədicə Mustafayeva həlak olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.